Maqazin
14.09.2015 / 13:18

Əməkdar artist: "Atamı aldatdım"

Əməkdar artist: "Atamı aldatdım"“Atamı aldatdım ki, rejissor olacam”. “Səhər zəngi" verilişində qonaq olan əməkdar artist Naibə Allahverdiyeva deyib. O bildirib ki, valideynləri onun aktrisa olmasına qarşı çıxıblar: “Həyatım sevinclə, kədərlə dolu olub. Valideynlərim, xüsusi ilə də atam istəmirdi ki, mən aktrisa olum. Atam məni universitetdən çıxartdırmaq istəyirdi. Mən atamın bu istəyini bilib, onu aldatdım. Dedim ki, guya rejissor olacam. Amma peşə seçəndə aktrisalığı seçdim. Atam biləndə ki, mən onu aldatmışam, söylədi ki, səni aktrisa yox, aparıcı kimi görmək arzumdur. Hətta dedi ki, aparıcı olsan, sənə maşın alacam. Mən də onun istəyini nəzərə alıb, gənc yaşlarında getdim aparıcıların seçimlərinə. Amma qəbul olmadım. Səbəb kimi söylədilər ki, bu qız çox göz-qaşla danışır. Aparıcılığa qəbul olmadığıma görə peşman olmadım. Nə yaxşı ki, mən aparıcı yox, aktrisa oldum. İndi-indi sənətimizi insanlar qəbul edirlər. Əvvəllər qəbul olunmurdu. İndiki dövrdə valideynlər özləri uşaqlarını gətirirlər ki, aktyor, aktrisa olsun. Sənətimiz çox qeyri-adidir. Belə olmasa idi, bizim minlərlə pərəstişkarımız olmazdı”.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 513