Baş xəbər, Hadisə
29.06.2015 / 15:16

Səmadan Yerə böyük təhlükə

Səmadan Yerə böyük təhlükə

Böyük qara dəlik planetimizi uda bilər

Yerdən 8 min işıq ili uzaqlıqdakı "qara dəlik" ulduz topasındakı anomaliya, müəmmalı dəyişikliklər astronomları narahat edib.

İnform.az CNBS-ə istinadən bildirir ki, ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ekspertlərinin dediklərinə görə, Günəş sistemi təki Süd Yolu qalaktikasında olan "V404 Cygni" adlı qara dəlik 26 illik "yuxu"dan, yəni tam hərəkətsizlikdən sonra oyanıb. Bu sistemdə son aktivlik 1989-cu ildə qeydə alınmışdı.

Ətrafına qızılı rəngdə plazmalar, elektromaqnetik və rentgen şüalanmaları yayan "V404 Cygni" son iki sutkada artıq 12 planeti udaraq məhv edib.

Astronomların fikrincə, qara dəliyin Günəş sisteminə doğru çox asta, amma bərabərtəcilli hərəkəti qeydə alınıb.

Ən pis ehtimallara görə, "V404 Cygni" Günəş sisteminə qismən yaxınlaşarsa, bir neçə planeti yoxa çıxara bilər.

Baxış sayı: 367