Gündəm, Sosial
14.09.2015 / 11:35

Məktəb bazarlığı neçəyə başa gəlir? - ARAŞDIRMA

Məktəb bazarlığı neçəyə başa gəlir? -
Sabah başlayacaq yeni tədris ilində məktəbə gedəcək bir şagird üçün lazım olan ləvazimatlar valideyinə 150 və ya 200 manata başa gəlir.

İnform.az Trend-ə istinadən xəbər verir ki, Bakıda bir sıra məktəb ləvazimatları dükanında aparılan sorğu bunu göstərir. Belə ki, bir sıra dükanlarda apardığımız araşdırmalara əsasən ən bahalı məktəb ləvazimatı çanta hesab oluna bilər. Valideyinlərin üzərinə çox böyük yük düşmədiyini deyən satıcılar bunu bəzi məktəblərdə dərsliklərin pulsuz paylanması ilə izah edirlər.
Şagirdlərə lazım olan təkcə kitablar deyil, həm də iş dəftərləridir. Satıcılarla yanaşı valideyinlər də qeyd edir ki, iş dəftərləri xeyli vəsait tələb edir: “Hər bir kitaba uyğun iş dəftərləri də alınmalıdır. Düzdür uşaqların yaxşı bilgilənməsi üçün iş dəftərlərini vacib hesab edirəm. Amma qiymətləri kitabın qiymətinə bərabər səviyyədədədir”.
Şagirdlər üçün lazım olan ləvazimatlardan dəftərlər 10 və 80 qəpik arasında dəyişir, qələmlər 8-10 qəpikdən başlayır, pozanlar 10 qəpikdən 60 qəpiyə kimi dəyişir. Rəngli karandaşlar 1 manatdan başlayır 3, 5, 7 manat arası dəyişir.
Digər ləvazimatlara gəlincə isə qiymətlər belədir:

1. 100 vərəqli dəftərlər: 50 qəpik - 1 manat
2. Sadə karandaş: 10 - 50 qəpik
3. Xətkeş: 20 - 50 qəpik
4. Pozan: 20 qəpik - 1 manat
5. Flomaster: 1-6 manat
6. Qələm qabı: 2-5 manat
7. Rəngli kağız: 80 qəpik - 3 man
8. Qovluq: 3 - 5 manat
9. Yapışqan: 50 qəpik - 2 manat
10. Pərgar: 80 qəpik- 5 manat

Xatırladaq ki, məktəblilərə dərsliklər məktəbdən verilir, bir qismini valideyn özü almalı olur. Aşağı sinif şagirdləri üçün "Rus dili” və "Sinifdənxaric oxu” dərslikləri 5 manata satılır. İş dəftərlərinin qiyməti 3-5 manat arasında dəyişir. Misal üçün, 1 məktəbli üçün 5 fəndən iş dəftərləri almağa təxminən 20-25 manat tələb olunur.

Baxış sayı: 824