Şərhlər
14.09.2015 / 11:29

İnsan və təbiət

İnsan və təbiət
Əlisa NİCAT / İnform.az

İnsanı təbiətdən ayırmaq lazım deyil. Adicə badımcan kolu quruyanda, əziləndə inciyirmi, ağrıyırmı? Heç şübhəsiz eləcə bar verəndə sevinirmi? O da torpağa bağlıdır, biz də. Bu bilavasitə, biz isə dolayı yolla.
Biz sadəcə alaq otu kimi bitkilərik. Özüdə parazit. Məsələn, bizlərdən kim bəşəriyyətə nə verir? Heç kim, heç nə. Hətta çoxu nə əkir, nə biçir, nə toxuyur, nə tikir, nə yazır və hətta heçnə düşünmür də, sadəcə onun üçün ayrılmış yolu gedir, deyilmələri sözləri deyir, vəssalam
Bəs Platon və Aristotellər, Kafka və Coyslar, Bethoven və Üzeyir bəylər? Onları izah etmək çətindir. Onlar əslində olmamalı idilər. Bəs necə olur, olurlar?
Bunu izah etməyə çalışaq.
İnsanın toxumunda onun orqanizminin bütün rüşeymləri olur. Mən uzun zaman bu barədə genetika, fiziologiya, fəlsəfənin bu problemləri barədə çox düşünmüşəm. Beynimdə müxtəlif versiyalar, müxtəlif izahlar düşünmüşəm. Amma hamısının hansısa çatışmayan cəhəti olur və yenə bəsirətli fransız Anri Joliya qayıtmağa məcbur olmuşam . Çünki ən ağla batan bu fransız mütəffəkiri verir. Bir çox Avropa mütəxəssisləri dahinin gəlişini zərurətə cavab kimi əsaslandırırlar. Bu isə başqa şeydir. Bizi bu tələb necə formalaşır, necə əmələ gəlir, o maraqlandırır.
Məncə yuxarıda adlarını sadaladığım fövqəl dahilərin meydana çıxmasını şərtləndirən, onların uşaq yaşlarından elmə, ədəbiyyat və musiqiyə və nəhayət fəlsəfəyə sonsuz, qeyri-adi həvəsləridir.
Məhz bu HƏVƏS onlara hərtərəfli parlaq zövq, sağlam düşüncə və qarşısıalınmaz maraq bəxş edir. Nəticədə onlar insanın və təbiətin qələmindən çıxan bütün gözəllikləri və dərinlikləri mənimsiyib, öz süzgəclərindən keçirərək cazibədar bir irs qoyb gedirlər. Bu irslə maraqlanan, onları dərk edən, onlara heyran olan var ya yoxdur, bunun onlar üçün əhəmiyyəti yoxdur.
Onlar ölənə kimi tək, tənha öz yolları ilə gedirlər.
Lakin bax bizim məqsədimiz məhz bu anadan gəlmə, coşqun necə əmələ gəldiyni tapıb şərh etmək deilmi? Elədir, lakin hələ ki, fövqəlverginin mənşəyini müəyyən etmək imkan xaricindədir. Sağlıq olsun.

Baxış sayı: 484