Mədəniyyət
14.09.2015 / 10:56

“Kurdlar Vadisi Pusu” yeni sezon

“Kurdlar Vadisi Pusu” yeni sezon
Tamaşaçılar yeni sezonda serialı "Kanal D" ekranlarından izləyə biləcək
“Qurdlar Vadisi Pusu” serialının yeni bölümünün ekranlara çıxacağı tarix məlum olub. Serial 17 sentyabrdan etibarən tamaşaçıların ixtiyarına veriləcək. Tamaşaçılar yeni mövsümdə serialı "Kanal D" ekranlarından izləyə biləcək.

Baş rolları Necati Şaşmaz, Cahit Kayaoğlu və Ali Buhara Metenin bölüşdürdüyü serialın yeni mövsüm çəkilişləri 17 avqustda Şimali Kipr Türk Respulikasında başlayıb.

İki həftəlik gərgin çəkilişlərdən sonra serial oyunçuları yeni bölümlərin çəkilişləri üçün İstanbula qayıdıblar.

Bu sezon heyətinə Define Samayeli və Ertan Saban kimi məhşur aktyorları qatan “Qurdlar Vadisi Pusu” nun anonsu böyük maraqla qarşılanıb. Anons 3 gün ərzində 800 min insan tərəfindən izlənilib.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 353