Dünya, Hadisə
13.09.2015 / 08:53

Hindistanda ölənlərin sayı 104 nəfərə çatıb

Hindistanda ölənlərin sayı 104 nəfərə çatıb
Hindistanın Dxabua şəhərində yerləşən restoranlardan birində baş verən partlayış nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb.
İnform.az Trend-ə istinadən xəbər verir ki, restorandakı qaz balonunun partlaması nəticəsində qonşuluqdakı yaşayış binası uçub.
Hadisə nəticəsində daha 100 nəfərin yaralandığı bildirilir. Onlardan 20 nəfərinin vəziyyəti ağırdır.
Hadisə yerində axtarış-xilasetmə işləri aparılır. Faciənin baş vermə səbəbləri araşdırılacaq.

Baxış sayı: 379