İdman
12.09.2015 / 16:31

Güləş üzrə tarixə düşdük

Güləş üzrə tarixə düşdükAmerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçirilən güləş üzrə dünya çempionatı davam edir. Sərbəst güləş yarışında 61 kq çəkidə mübarizə aparan “Neftçi İdman Klubu”nun üzvü, ötənilki dünya və Avropa çempionumuz Hacı Əliyev bu dəfə də finala qədər maneəsiz irəliləyib.
Moldovadan Andrey Perpelita, Yaponiyadan Masakazu Kamoi, yarımfinalda isə bolqar Vladimir Dubov güləşçimiz qarşısında tab gətirməyib. Finalda Hacı Əliyevin rəqibi Monqolustandan Nomin Batbold olub. Rəqibinə vaxtından əvvəl qalib gələn pəhləvan, ikinci dəfə qızıl medal yiyələnib və Azərbaycan sərbəst güləş tarixində ilk 2-qat dünya çempionu olub.

İnform.az

Baxış sayı: 228