Gündəm
15.06.2015 / 00:30

Seyit Ahmet Arslan: "İşiniz xeyirli olsun"

Seyit Ahmet Arslan: "İşiniz xeyirli olsun"

Türkiyənin Azərbaycandakı Böyük Elçiliyinin Kültür və Tanıtma Müşaviri Seyit Ahmet Arslan İnform.az saytının fəaliyyətə başlaması münasibətilə saytın rəhbərliyinə və kollektivinə təbrik ünvanlayıb.Təbrikdə deyilir:
“Çeşidli xəbər agentliklərinin, sosial şəbəkələrin, saytların, bir sözlə onlayn medya orqanlarının bir-birini təqib etdiyi, informasiya bolluğunun ifrat həddə olduğu bir vaxtda fəaliyyətə başlamaq mütləq rəqabətə atılmaq deməkdir. Çünki belə vəziyyətdə xalq haqlı olaraq əsaslı və güvənilir xəbər axtarışına çıxır.

Aydın məsələdir ki, həqiqətə, reallığa xidmət edən, faktlara söykənən informasiyalar üçün sağlam xarakterli, təcrübəli kadrların çalışdığı portallar fəaliyyət göstərməlidir.

Dünyada son günlərdə baş verən proseslərin kökündə yanlış ötürülən informasiyalar dayanır. Bunun qarşısını almaq peşəkar mətbuat işçilərinin əlindədir. Mətbuat təsadüfi adamların yeri olmamalıdır. Tərəfli, qərəzli jurnalist münasibəti yanlış yönləndirmələrə xidmət edir ki, bu da dövlətçiliyə xələl gətirir. Bu anlamda hesab edirəm, mətbuatın rolu düzgün hesablanmalıdır.

Sizi, yeni yaranan inform.az saytının rəhbər və çalışanlarını təbrikedirəm. İşiniz, əməliniz xeyirli olsun.
Tutduğunuz yolda addımlarınızın qəti olacağına ümid edirəm. Xoş xəbərlər, Qələbə arzusu diləyilə təbriklərimi qəbul edin. ”.

Baxış sayı: 776