Dünya
12.09.2015 / 12:20

Hindistanda partlayış olub

Hindistanda partlayış olub İnform.az "RİA Novosti" agentiliynə istinadən xəbər verir ki, Hindistanın mərkəzində yerləşən Madxya-Pradeş ştatının mərkəzində qaz balonunun partlaması nəticəsində ən azı 20 nəfər həlak olub, daha 50 nəfər isə xəsarət alıb.

Hadisə bir restoranın yaxınlığında olub. Belə ki, ilk partlayışdan sonra yaxınlıqdakı evlərin birində ikinci partlayış olub.

Məlumata görə binanın qalıqları altında qalan insanlar var. Ərazidə axtarış-xilasetmə işləri aparılır.

Baxış sayı: 383