Dünya
12.09.2015 / 01:38

ATƏT Ukraynadakı missiyasını genişləndirir

ATƏT Ukraynadakı missiyasını genişləndirirATƏT-in Ukraynadakı xüsusi monitorinq missiyası genişləndiriləcək.

İnform.az -ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in baş katibi Lamberto Zanye bəyan edib.

“Bununla bağlı bu gün bizim ATƏT-in Ukraynadakı xüsusi monitorinq missiyasının rəhbəri Ərtoğrul Apakanla söhbətimiz olacaq. Biz tərəfdaşlarımıza müraciət edərək, missiyanın genişləndirilməsini xahiş edəcəyik”, deyə L.Zanye bildirib.

Onun sözlərinə görə, atəşkəs rejiminin qorunub saxlanılması missiyaya təmas xətində və ümumilikdə Ukraynanın şərqində öz mövqeyini möhkəmləndirməyə imkan verəcək.

Baxış sayı: 197