Gündəm, Siyasət
11.09.2015 / 21:54

İlham Əliyev Nursultan Nazarbayevlə görüşüb

İlham Əliyev Nursultan Nazarbayevlə görüşüb Sentyabrın 11-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ilə görüşü olub.

Söhbət zamanı prezidentlər ortaq tarixi, mədəniyyəti, milli maraqları olan ölkələrimiz arasında əlaqələrin perspektivlərinin daha da geniş olduğunu qeyd ediblər və mövcud potensialdan səmərəli istifadə edilməsində belə tədbirlərin xüsusi önəm daşıdığını vurğulayıblar. Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıblar. Görüşdə bir sıra regional və beynəlxalq məsələlər müzakirə olunub.

İnform.az

Baxış sayı: 330