Sosial
11.09.2015 / 17:07

Gədəbəydə 120 şagird aşıq sənətinin sirlərinə yiyələnir

Gədəbəydə 120 şagird aşıq sənətinin sirlərinə yiyələnir
Azərbaycan tarixinin ən qədim folklor nümunələrindən biri də aşıq sənətidir. Bu sənət nümunəsinə ölkəmizdə həmişə yüksək qiymət verilib və xüsusi diqqət göstərilib. Bu gündə dövlət tərəfindən milli mənəvi irsimiz olan aşıq sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilir.

İnform.az Kəpəztv-yə istinadən bunlardan biri də Gədəbəy rayonunda inşa edilən və hələlik respublikada yeganə olan aşıq məktəbidir. Təməli 2009-cu ildə ölkə başcısı tərəfindən qoyulan aşıq məktəbi 2014-cü ildən fəaliyyətə başlayıb. Məktəbdə 12 fən kabineti, muzey, səsyazma studiyası və konsert zalı fəaliyyət göstərir. Hazırda məktəbdə Gədəbəy rayonu ilə yanaşı ətraf rayonlardan da olan 120 şagird aşıq sənətinin sirlərinə yiyələnir. Aşıq məktəbi həmçinin AMEA-nın folklor institu ilə əməkdaşlıq edir.

Baxış sayı: 225