Dünya
11.09.2015 / 19:30

Əl-Qaidə İŞİD-i hədələdi

Əl-Qaidə İŞİD-i hədələdi ABŞ-da həyata keçirilən 11 sentyabr terror aktının ildönümündən iki gün öncə Əl-Qaidə lideri Zəvahirinin səs audio yazısı yayımlanıb. O, İŞİD liderini özünü bütün müsəlmanların xəlifəsi elan etməsini sərt şəkildə tənqid edib. Onun sözlərinə görə, İŞİD lideri bunu öz-özünə, yəni müsəlmanların yığıncağı olmadan edib.

Bu müraciətdən sonra, mütəxəssislər iki terror qruplaşması arasında dərin uçurumun yarandığını bildiriblər.

Audio mesajda Zəvahiri daha sonra bildirib ki: "Fitnə ocağını söndürmək üçün mümkün olduqca daha az qarşılıq verdik. Onlar bizə başqa alternativ saxlamadılar. Çünki bbütün mücahidlərin andını pozub onlara qoşulmalarını istədilər".

Xatırlaıdrıq ki, əslən Misirdən və ixtisasca həkim olan Zəvahirinin başına ABŞ hökuməti 25 milyon dollar qoyub.

İnform.az

Baxış sayı: 321