Siyasət
11.09.2015 / 14:20

ABŞ səfiri ADP sədri ilə görüşüb

ABŞ səfiri ADP sədri ilə görüşüb ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə görüşüb.

Partiyadan verilən məlumata görə, ADP-nin qərargahında baş tutan görüşdə ABŞ - Azərbaycan əlaqələri, ölkədə və dünyada mövcud siyasi vəziyyət, Azərbaycanda keçiriləcək parlament seçkiləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə səfirliyin siyasi məsələlər üzrə müşaviri xanım Syuzan Çesli, ADP sədrinin birinci müavini Həsrət Rüstəmov və partiya sədrinin seçki məsələləri üzrə müavini Taliyət Əliyev də iştirak edib.

İnform.az

Baxış sayı: 282