İqtisadiyyat
11.09.2015 / 09:43

Dollar enib, avro və rubl bahalaşıb

Dollar enib, avro və rubl bahalaşıb
Bu gün sentyabrın 10-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.
Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 11-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 8-i ilə müqayisədə 0,0004 manat və ya 0,04% azalaraq 1,0478 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0073 manat və ya 0,62% artaraq 1,1821 manata yüksəlib.
Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,96% artaraq 0,0156 manata yüksəlib.

İnform.az

Baxış sayı: 334