Sağlamlıq
10.09.2015 / 18:15

Çayla bağlı 10 qadağa

Çayla bağlı 10 qadağaÇay insan orqanizmi üçün son dərəcə faydalı içkidir. Amma onun düzgün dəmlənməməsi və düzgün içilməməsi insan orqanizminə ziyan verə bilər.

Qadağa 1

Çayı acqarına içmək olmaz: Əgər çayı acqarına içsəniz, çay mədə və dalağınızı soyudacaq ki, bu da "canavarın evə girməsi" effekti yaradacaq. Çində qədimdən məsləhət görürdülər ki, "çayı boş ürəyə içməyin".

Qadağa 2

Çox isti çay içmək olmaz: qaynar çay boğazı, qida borusu və mədəni güclü aşındırır. Qaynar çayın mütəmadi qəbulu bu orqanların zədələnməsinə səbəb olur. Son araşdırmalara görə, 62 dərəcədən yuxarı temperaturda mütəmadi içilən çay mədə divarını zədələyir və müxtəlif mədə xəstəliklərinə səbəb olur. Çayın temperaturu 56 dərəcədən yuxarı olmamalıdır.

Qadağa 3

Soyuq çay içmək olmaz: İsti və qaynar çay insana gümrahlıq verdiyi, şüur və görmə qabiliyyətini aydınlaşdırdığı halda, soyuq çay əks təsir göstərir: orqanizmə soyuq və rütubəti toplayır.

Qadağa 4

Tünd çay içmək olmaz: Tünd çayın tərkibində olan kofein və tein maddəsi başağrısı və yuxusuzluğa səbəb ola bilər.

Qadağa 5

Çayı çox dəmləmək olmaz: Əgər çayı çox dəmləsəniz, çay fenolu, lipoidi və efir komponentləri turşuyur. Bu da çayın həm şəffaflığını, dad və iy keyfiyyətini aradan qaldırır, həm də qida dəyərini aşağı salır. Belə ki, çay yarpaqlarında olan C və P vitaminləri, amin turşuları və digər dəyərli maddələr turşuyur.

Qadağa 6

Çayı dəfələrlə dəmləmək olmaz: Adətən 3-4-cü dəmləmədən sonra çay yarpaqlarında heç nə qalmır.

Qadağa 7

Yeməkdən qabaq çay içmək olmaz: yeməkdən əvvəl içilən çay mədə şirəsinin durulaşdırır. Odur ki, çayı yeməkdən ən azı 20-30 dəqiqə əvvəl içmək məsləhətdir.

Qadağa 8

Yeməkdən dərhal sonra çay içmək olmaz: çayda olan tanin protein və dəmirin bərkiməsinə səbəb olur. Əgər yeməkdən sonra çay içmək istəsəniz, 20-30 dəqiqə gözləmək məsləhətdir.

Qadağa 9

Dərmanı çayla qəbul etmək olmaz: Çinlilər deyirlər ki, çay dərmanın tərkibini dağıdır.

Qadağa 10

Dünənki çayı içmək olmaz: bir sutka qalan çay vitaminini itirməklə bərabər, yüksək miqdarda protein və şəkərə görə bakteriyalar üçün əla şərait yaradır.

Bir gün qalmış çay bir halda xeyirlidir. Əgər çay xarab olmayıbsa, ondan müalicə məqsədilə istifadə etmək olar. Belə ki, bir sutka qalmış çay turşu və ftorla zəngin olur. Kapilyarlarda qanaxmanın qarşısını aldığına görə qalmış çaydan ağız boşluğu iltihablarında, dil yaralarında, damaq qanamalarında, dəri zədələrində, irinliklərdə istifadə olunur. Dünənki çayla gözləri silmək gözyaşlarından sonra xoşəgəlməz hissi aradan qaldırır. Səhər dişləri fırçalamazdan əvvəl və yeməkdən sonra ağzınızı dünənki dəmlə yaxalasanız, həm dişləriniz möhkəmlənəcək, həm də təravət hissi yaradacaq.

Mədinə ABBASOVA / İnform.az

Baxış sayı: 225