İqtisadiyyat
10.09.2015 / 19:57

66 sahibkara güzəştli kredit verildi

66 sahibkara güzəştli kredit verildi
Bu gün Lənkəranda Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib. 80-nə yaxın sahibkarın iştirakı ilə keçirlən tədbirdə ilk olaraq güzəştli kreditlərin alınması ilə bağlı mexanizmlər izah edildi və reallaşdırılması mümkün olan nümunəvi layihələr təqdim olundu. Çıxış edən sahibkarlığa kömək milli fondunun icraçı direktoru Şirzad Abdullayev diqqətə çatdırdı ki, 2015-ci ilin ötən dövrü ərzində respublika üzrə 3960 sahibkara 139.4 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına reallaşdırılan layihələr nəticəsində 8600 nəfərin işlə təmin olunması üçün şərait yaradılıb. Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara isə indiyə qədər ümumilikdə 103.4 milyon güzəştli kredit verilib. Bu layihələrin icrası da 11000-dən çox insanın işlə təminatına imkan verir.

Forumda Lənkəran və ətraf rayonlardan olan 66 sahibkara 1.2 milyon manat güzəştli kredit verilib.

Pərvanə NƏHMƏTQIZI

Baxış sayı: 165