Sosial
10.09.2015 / 16:32

Nazirlik işəgötürənləri cərimələdi

Nazirlik işəgötürənləri cərimələdi
Bir ay ərzində işəgötürənlər tərəfindən iş yerlərində mindən çox işçisinin hüququ pozulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı avqust ayında 1687 hüquq pozuntusu faktı aşkar edib.
Hüquq pozuntularının aradan qaldırılması, işçi hüquqlarının bərpası istiqamətində DƏMX tərəfindən müvafiq tədbirlər görülüb. Əmək qanunvericiliyinin tələblərini pozan işəgötürənlərə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunub.
Cərimələrin 30,4 faizi, yəni 178 838 manatı artıq dövlət büdcəsinə ödənilib.
Qeyd edək ki, əmək qanunvericiliyinin pozulması hallarının sayı yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz, o cümlədən avqust ayında 13,8 faiz azalıb.

İnform.az

Baxış sayı: 304