Sosial
10.09.2015 / 16:19

Yeni qatarlar alına bilər

Yeni qatarlar alına bilər
Hazırda İsveçrə şirkəti ilə danışıqlar gedir.

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC şəhərətrafı dəmir yollarının inkişafı üçün beynəlxalq nəqliyyat şirkətləri ilə əməkdaşlığını davam etdirmək niyyətindədir.
Bu məqsədlə hazırda İsveçrənin "Stadler Rail" şirkəti milli dəmir yolu milli şirkətinə "FLİRT Sm5" markalı birmərtəbəli aşağıdöşəməli elektrik qatarlarını təklif edib.
Bunu "Report"a açıqlamasında "Stadler Rail"in Mərkəzi Asiya üzrə marketinq və satış direktoru Dirk Şaybner (Dirk Scheibner) bildirib.
Onun sözlərinə görə, ADY ilə "Flirt Sm5" markalı elektrik qatarlarının alınmasına da danışıqlar gedir.
"Bu birmərtəbəli elektrik qatarları əsasən şəhərətrafı və regional rabitə üçün nəzərdə tutulur. Hazırda bu cür qatarlar Finlandiyada istismar edilir. Azərbaycan tərəfi ilə müzakirə olunur", - deyə D. Şaybner qeyd edib.
Qeyd edək ki, Finlandiya üçün hazırlanan "Flirt Sm5" markalı elektrik qatarları kondisionerli sistemə və komfortu interyerə malikdir. Bu tip qatarlar fiziki imkanları məhdud olan şəxsləri nəzərə almaqla, çoxfunksiyalı qapılarla təhciz edilib. Belə ki, bu şəxslərin qalxıb-düşməsini asanlaşdırmaq üçün dəmir yolu nəqliyyat vasitələrində qapı və platforma arasındakı boşluğu örtən irəli çəkilmiş pilləkənlə təmin edilib.

İnform.az

Baxış sayı: 267