Ölümün şəkli çəkildi: elmdə sensasiya

İnform.az PLoS Biology-yə istinadən məlumat verir ki, "Wellcome Trust" və "Biotechnology and Biological Sciences Research Council" (BBSRC) elmi-tədqiqat fondlarının apardıqları birgə araşdırma zamanı alimlər soxulcanın bədənində ölümün dalğavari yayılmasını anbaan çəkiblər.
"Grim Reaper" soxulcanındakı bu proses sayəsində alimlər hüceyrə səviyyəsində ölümün necə gerçəkləşdiyini, ölümlə gələn zəncirvari reaksiyanın hüceyrəni necə parçaladığını artıq bilirlər.
Ölümün molekulyar mexanizmi aşkarlansa da, ölümün hüceyrədən hüceyrəyə keçidi prosesinin tədqiqatında hələ də müəmmalar var.
Baxış sayı: 447
