Mədəniyyət
10.09.2015 / 14:00

BTPM-nın fəaliyyəti müzakirə olunub

BTPM-nın fəaliyyəti müzakirə olunubMədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nəzdində Bakı Turizm Peşə Məktəbini ziyarət edib. Görüşdə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov da iştirak edib.
Nazir müavini Nazim Səmədov Peşə məktəbindən daha yüksək nəticələr gözlənildiyini diqqətə çatdırıb, görüləcək işlər və gələcək əməkdaşlığa dair müvafiq tövsiyələr verib.
Xatırladırıq ki, Bakı Turizm Peşə Məktəbində turizm agenti, aşpaz, barmen, ofisiant, milli park bələdçisi, dağ-xizək turizm növü üzrə bələdçi, bərbər (kişi və qadın), mühasib, fərdi kompyuter operatoru, əməliyyatçı mühasib, ekoloji turizm bələdçisi və s. ixtisaslar üzrə kadrlar hazırlanmaqdadır. Gələcəkdə bu ixtisasların sayının artırılması planlaşdırılır.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 306