Şərhlər
10.09.2015 / 12:30

Bu savaşın gerçək adı

Bu savaşın gerçək adı
Xanəmir TELMANOĞLU / İnform.az


Ey türkün axan qanının qırmızılığında ümidləri quzulayan qonur gözlüm, sənin bu günkü gözəlliyin göylərin gövhəridir...



Türkiyə qan içində üzür. Hər gün neçə-neçə vətən övladı şəhid bayrağına bürünüb Dostun hüzuruna doğru varır.
Ölümlər çox görmüşük. Ancaq belə əxlaq və mərifətlə gedişlər görülməmişindəndir. Şəhid olan yalnız savaşıb vurulan deyil. Əsl şəhidlərdən biri də bizim zəmanəmizdə türk insanının əxlaq və xarakteriylə özünə bir şəkil aldı, bütövlük bəlirlədi. Qanını torpağına axıdıb yanlış güllələrə tuş gələn bu igid ərlər gərəkdirdiyi şəkildə savaşır. Onların ardınca isə anaları, ataları, bacıları, qardaşları, sevgililəri, hətta övladları elə bir qürur örnəyini göstərirlər ki, adam vurulanı unudub, onların hal və durumu qarşısındakı hərəkətlərinə qapılıb durur. Bu müazzam səhnələr, görüntülər hər gün, amma hər gün Türkiyədə təkrarlanır. Get-gedə şəhidlik anlayışı, şəhit qavramı da günümüzdə özünə yeni boyutlar, məna genişliyi və tutumu qazandırmağa başlayır.
Şəhidliyin ən ilginc və maraqlı yönlərindən biri insanın öz vətəni, torpağı, xalqı yolunda savaşırkən vurulmasıyla bağlıdır. Çağdaş güclər və barnaz dünya dövlətləri insanlara vətən, torpaq qavramını, həssaslığını unutdurmağa çalışrlar. Çalşırlar ki, insanlar bizlərə bir ərmağan olaraq verilən bu yer üzünün hər hansı bir nöqtəsinə ruhən, qəlbən, əxlaqən bağlanıb, dünya həyatında ikən ordan güc almasının qarşısını alsınlar. Bir insan yer üzünün hər yerində doğula bilməz. Onun məhz A nöqtəsində doğulması kosmik bir olaydır. Hər bir kişinin doğulduğu yerə bağlılığı, o yeri sevməsi, orda yaşması da metafizik bir hadisədir, kosmik bir vərdişdir. Bu qaydaların kökünü insan özü təşkil edə, qoya, yarada bilməz. O baxımdan insanın vətən dediyi ərazilərdə ölümlə bağlı hər addımı, nəfəsi də qutsal və İlahiyanədir. Ancaq şər güclər iddia edir ki, yer kürəsinin hər hansı bir nöqtəsi sənin, onun hər kəsin ola bilməz. Bu yalnız bir gücə tabedir. Ona görə də, sənin torpağındakı özəllik və gözəlliklər təkcə sənin deyil, bu öncə mənim olmalıdır, sonra da sənin olması üçün fikiləşməyimiz, qərar verməyimiz lazımdır. Ola bilər ki, sənin torpağındakı məhsul, varidat heç sənə aid olmasın, sənə məxsus “statusunu” itirsin. Belə olan halda mənim sənin yanında nökərin, qulun, qaravaşından o yana bir məxluq qədər dəyərim qalmır. Biz isə deyirik ki, biz də mədəniyik. Sizinlə anlaşmağa dilimiz var. Bu mədəniyyət əsrlərdir neçə -neçə dövlətlər, imperiyalar yaradıb. Bu dövlətlər də onun üçündür ki, insanlığa bəxş olunmuş bu yer üzünün torpaqları və onun altındakı, üstündəki sərvətlərinin qorunub ədalətli şəkildə bölüşdürülməsinə xidmət etsinlər. Mənə aidiyyatı olan ərazidə qızıl qalaqlarından istifadə eləmək istəsən, sənin də bir dövlətin olsun və qarşılıqlı olaraq bu qızılın müqabilində sənin tarlandakı o buğda tığlarıyla mübadilə edək. Bax, belə....artıq bu ölçülər, bu əxlaq böyük, şər dediyimiz güclərin qaydalarını təmin etmir. Onlar sənin ərazini də öz ərazisi bilməyi o yana, o ərazidəki qızılın, neftin, sərvətin əvvəlcə onlara dəxli olduğunu, sonra isə sənə özləri tərəfindən düşünülənini verib-verilməməsi üzərində hakimiyyətlərini qururlar. Bu isə toqquşmalara, qanın su yerinə axmasına gətirib çıxarır. Özü də bu istəklərini bir başa deyil, dolayı yollarla, min bir üsulla reallaşdırmaq onlar üçün su içimi kimi bir şeydir.
Onlar indi də İstanbulu, Ayasofiyanı, Boğazları istəyirlər. Bir sözlə Onlar İstanbulu istəyirlər. Bu savaş İstanbul üstündədir.
İstanbul bir coğrafiya olaraq heç bir neftə, qızıla, gümüşə sahib deyil. İstanbul bir coğrafiya olaraq, xristian dünyası, böyük güclər üçün əvəzedilməz bir xəzinə, mənəvi məkan, energetik qütb, ələdüşməz bir tarix, mədəniyyət, bir sözlə qarşılığı olmayan bir mənəvi yatrıma, ləl-cəvahirata sahibdir. Bu gün dağlarda şəhid düşən hər türk əsgərinin ruhu, məzarı, xristian dünyasının İstianbula gedən yollarını daha da uzadır, yeri gəldiyində qapadır.

Baxış sayı: 639