Dünya
10.09.2015 / 12:20

Şimali Koreyadan yeni raket

Şimali Koreyadan yeni raket Şimali Koreya oktyabrda özünün yeni qitələrarası ballistik raketlərini sınaqdan keçirəcək.

Bu barədə məlumat Cənubi Koreya Müdafiə Nazirliyi tərəfindən yayılıb.
Nazirliyin məlumatına görə, yeni raketlər “Tonçxan-ri” poliqonunda sınaqdan keçiriləcək.

Qeyd edək ki, bundan öncə Cənubi Koreya mətbuatı yeni raketlərin “Inxa-3” raketlərindən iki dəfə güclü olduğunu açıqlamışdı.

İnform.az

Baxış sayı: 254