Dünya
10.09.2015 / 11:56

Putin haqqında gözlənilməz etiraflar

 Putin haqqında gözlənilməz etiraflarABŞ-ın sabiq dövlət katibi, indi isə Amerika prezidentliyinə namizədliyini irəli sürən Hillari Klinton Rusiya lideri Vladimir Putin haqqında gözlənilməz çıxış edib.

"ATV.az" Rusiya KİV-nə istinadən bildirir ki, Klinton Vaşinqtonda çıxışı zamanı Rusiya Federasiyası prezidentinə xüsusi rəğbəti olduğunu deyib:

“Putinə rəğbət bəsləməyim üçün elə də çox yaxşı keyfiyyəti yoxdur əslində. Amma o qalxa və “Mən sizin növbəti prezidentiniz olacağam” deyə bilər. Buna görə də o, inanılmaz cazibədardır”.

Ciddiyətə bir az zarafatcıl ton əlavə edən sabiq dövlət katibi bildirib ki, indi ABŞ Moskvaya daha az təsir edir:

“Yeni dövlət başçısı iki ölkə arasındakı əlaqələri daha da yaxşılaşdırmalıdır. Real Rusiya və Putin üçün səylərimizi birləşdirməliyik”.

Klinton qeyd edib ki, Rusiya öz ölkəsini müasirləşdirsin və Qərbə tərəf yelkən açsın.

İnform.az

Baxış sayı: 210