Mədəniyyət
10.09.2015 / 11:28

Azərbaycan stendi Tokioda

Azərbaycan stendi TokiodaTokioda keçiriləcək “JATA 2015” Beynəlxalq Turizm Sərgisində Azərbaycanın milli stendi quraşdırılacaq.
24-27 sentyabr 2015-ci il tarixində Yaponiyanın Tokio şəhərində keçiriləcək "JATA 2015" Beynəlxalq Turizm Sərgisində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edəcəklər.

Həmçinin sərgidə 5 yerli turizm şirkəti - "Al travel", "Turizm.az", "Spektr travel", "Geo travel" və "SW travel" şirkətləri təmsil olunacaqlar.

Sərgiyə gələn ziyarətçilərə ingilis və yapon dillərində müxtəlif növ reklam-çap məhsulları paylanacaq.

Qeyd edək ki, 2007-ci ildən başlayaraq Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq yeddinci dəfədir ki, "JATA" Beynəlxalq Turizm Sərgisində iştirak edir.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 262