Dünya
10.09.2015 / 10:34

Terroru dəstəkləyən deputata cinayət işi açıldı

Terroru dəstəkləyən deputata cinayət işi açıldı
Prokurorluq onun toxunulmazlığının qaldırılması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib
Türkiyədə terrorçu PKK-nın dəstəkçisi, Xalqların Demokratik Partiyasının (HDP) həmsədri, deputat Səlahəddin Dəmirtaş barəsində cinayət işi açılıb.
İnform.az "Report"a istinadən xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, Türkiyənin Diyarbəkir əyaləti prokurorluğu S.Dəmirtaş barəsində istintaqa başlayıb.
O, "türk millətini, Türkiyə Cümhuriyyəti dövlətini, dövlət qurumlarını aşağılamaqda, cinayət işlətməyə təhrikdə, terrorçu qrupları dəstəkləyib, onları təbliğ etməkdə, Türkiyə prezidentini təhqir etməkdə" ittiham olunur.
Xəbərdə bildirilib ki, prokurorluq S.Dəmirtaşın deputat toxunulmazlığının qaldırılması üçün Ədliyyə Nazirliyinə müraciət edib.

İnform.az

Baxış sayı: 283