Baş xəbər, Maqazin, Müsahibə
10.09.2015 / 10:27

“Aktyorluq məni ifaçılıqdan uzaq saldı”

“Aktyorluq məni ifaçılıqdan uzaq saldı”

İnform.az saytına aktyor və müğənni Coşqun Viləş öz yenilikləri haqqında ilk olaraq müsahibə verdi.


- İsti yay aylarını harda istirahət etdiniz?

-Demək olar ki, bu il elə də istirahət etmədim. Tamaşaçılara yeni mahnı təqdim etmək üçün Gürcüstana və Türkiyəyə tez-tez gedib gəldim. Həm də belə düşünürəm ki, Azərbaycanda artıq gözəl və sərfəli istirahət üçün açılmış xeyli gözəl guşələr fəaliyyət göstərir. Məhz buna görə də vaxt tapdıqca bir-iki günlük gözəl diyarlarımı gəzirəm və istirahə edirəm.

- 2015-ci ilin bitməsinə az qalıb, ili hansı yeniliklərlə başa vuracaqsınız?

-2015 ilin sonuna kimi inşallah, yeni mahnımla tamaşaçıları sevindirəcəm. Deyə bilərəm ki, son illərlə müqayisədə bu il çox məhsuldar işlədim. Söz vermişdim və üstündə dayanıb işimi həyata keçirdim.

- Albom və solo konsert planda var?

- Bəli yeni albom üzərində çalışıram. Xüsusi qeyd edim ki, gündə çıxan albomlardan deyil. Xüsusi və özəl bir albom üzərində çalışırıq. Konsert üçün tələsmirəm. Sağlıq olsun, bir-bir həyata keçirəcəyəm.

- Qısa müddətdə tanındınız, qalmaqallara imza atdınız, sonra çəkildiniz bir tərəfə. Tənbəllikdir sizi sənətdən uzaq salan, yoxsa başqa problemlərə başınız qarışıb?

- Düzdür, bir az efirlərdən uzaq düşdüm, buna səbəb bir az tənbəllik də oldu. Ancaq bu heç də işimdən, sənətimdən uzaq düşmək deyildi. Sadəcə seriallara dəvət aldım, aktyorluq fəaliyyətim məni bir az ifaçılıqdan uzaq saldı. Ancaq yenə də iş başına keçmişəm, çalışıcağam ki, boşluğu əla mahnılarla doldurum. Tamaşaçıların qarşısına inşallah, yep-yeni layihələrlə gəlirəm...

- Şou- biznesdə dostluq möhkəmdir?

- Əsl dost üçün şou-biznes və ya digər sahələrdə olmağın heç bir fərqi yoxdur. Dostluq üçün insan olmaq kifayətdir, işlədiyin sahənin heç bir önəmi yoxdur.

Aysel Talıbqızı / İnform.az

Baxış sayı: 707