Dünya
09.09.2015 / 20:18

"Rusiya Suriyada vəziyyəti gərginləşdirəcək"

"Rusiya Suriyada vəziyyəti gərginləşdirəcək" Suriya Prezidenti Bəşər Əsədə verilən istənilən dəstək münaqişəni daha da genişləndirəcək.
Bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib. O, Rusiyanın Suriyaya hərbi qüvvə göndərməsi barədə yayılan xəbərlərdən narahat olduğunu bildirib:

“Mən Rusiyanın Suriyaya hərbi qüvvə göndərməsi barədə yayılan xəbərlərdən narahatam. Bəşər Əsədə verilən istənilən dəstək münaqişəni daha da genişləndirəcək və bu, daha çox günahsız insanın həyatını itirməsinə gətirib çıxaracaq”. Qeyd edək ki, son günlərdə Qərb mətbuatında Rusiyanın Suriyaya hərbi qüvvə göndərməsi barədə xəbərlər yayılıb.

İnform.az

Baxış sayı: 497