İqtisadiyyat
09.09.2015 / 16:44

Bu il vətənimizə bir milyon turist gəlib

Bu il vətənimizə bir milyon turist gəlibBu ilin ötən dövründə Azərbaycana təxminən 1 mln. nəfərə yaxın xarici turist gəlib. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib: "Bununla belə, builki turist sayında 10%-lik bir azalma müşahidə olunub".
N.Səmədov qeyd edib ki, ölkəyə əsasən 4 ölkə - Rusiya, Gürcüstan, Türkiyə və İrandan turistlər gəlir. Qeydə alınan azalma isə həmin ölkələrdə baş verən hadisələrlə bağlıdır və əsasən Rusiya və Gürcüstan üzrə qeydə alınıb. Rusiyadakı iqtisadi böhran bu ölkədə alıcılıq qabiliyyətinin azalmasına (bu il 87 min turist gəlib) səbəb olub.
Nazir müavini deyib ki, neftin qiymətinin düşməsi ilə əlaqədar olaraq Azərbaycan bu il turizmdə azalma olacağına hazır idi. Belə ki, analoji problem 2008-2009-cu illərdə də yaşandığına görə, hazırda çıxış yolları tapmaq daha asandir: "Əsas həll isə bu bazarlara təsiri artırmaq və alternativ bazarlardan axını intensivləşdirməkdir".
Bununla yanaşı, Avropadan gələn turistlərin sayının artırılması üçün Nazirlik tərəfindən təkliflər paketi hazırlanıb. N.Səmədov bildirib ki, Avropa ölkələrindən uçuşların qiymətinin azaldılması, gəlmə turizmi inkişaf etdirmək üçün o bazarların, onların tətil vaxtları və istirahət mədəniyyətinin öyrənilməsi üçün real addımlar atılır, bununla bağlı konkret aksiyalar keçirilir,həmçinin ucuz turpaketlərin hazırlanması ilə turist cəlb etməliyik”.
N.Səmədov əlavə edib ki, Azərbaycanda turizm sektorunun ÜDM-də payı 4,1%-dir, son 10 il ərzində isə ölkəyə gələn turistlər toplam olaraq 1,3 mlrd. dollar xərcləyiblər.

İnform.az

Baxış sayı: 514