Şərhlər
09.09.2015 / 10:53

Fedon

Fedon
(Müdriklər və korifeylər silsiləsindən)


Əlisa Nicat / İnform.az

Əvvəli burada
Çağırmadan heç birini düşüncələrinə şərik etməsin, kim ki varlığın hər hansı bir cəhətini onun tamamilə özünə məxsus ən təmiz saflığında tutmağa çalışır.
Simmiy, məgər yalnız belə bir adamın varlığın dərk edilməsin də ən çox uğur qazana bilməzmi?
-Sənin dediklərin Sokrat, hamısı büsbütün həqiqətdir.
-Bəli,- Sokrat davam etdi,-əsl filosofların da inamını təxminən bunlar təşkil etməlidir və onlar da bir- birlərinə təxminən belə deyərdilər: “Sanki, hansı bir cığırsa bizi belə fikrə gətirirki, nə qədər ki biz bədən sahibiyik, ruhumuz bu şərdən ayrılmazdır, arzuladıqlarımızın predmetinə heç vaxt tam əlimiz çatmıyacaq. Bu predmet isə, necəki təstiq edirik- HƏQİQƏTDİR! Doğrudan da cismimiz nəinki bizi minlərlə qayğılara düçar edir,- axı ona qidalanma lazımdır, üstəlik xəstəliklərə düçar olur ki, hər biri varlığın dərk edilməsində bizə mane olur. Bədən içimizi istəklər, ehtiraslar, qorxu və hər cür kabuslarla o qədər bol-bol doldurur ki, sözümə inan, bizim nə barədə nəsə fikirləşməyə qətiyyən imkanımız olmur. Hələ müharibələrin, qiyamların, döyüşlərin günahkarları məgər bədən və onun ehtirasları deilmi? Axı bütün müharibələr nədən ötrü baş verir, sərvət toplamaq hərisliyindən. Bax bütün bu səbəblərdən də bizim fəlsəfə üçün asudə vaxtımız qalmır.Lakin ən pisi nədir? Əgər biz hər hansı bir müddətə cismimizin qayğılarından azad olub, düşüncə və araşdırmalarla məşğul olmaq istəyiriksə, bədən o dəqiqə dolaşdırıb çaxnaşmaya salaraq, her şeyi bir- birinə vurub elə bir hala salır ki, həqiqət zad hamısı yaddan çıxır. Və əksinə, əlimizdə mübahisəsiz sübut varki təmiz biliklərə biz heç nəyə baxmayaraq yalnız cismimizdən azad olmayınca heç cür ürəyimiz istəyən kimi qovuşa bilmərik.Bu halda əlbəttə biz aşiq çılğınlığı ilə can atdığımız şeyə,- yəni idraka yalniz öldükdən sonra qovuşa bilərik, saglığımızda qətiyyən yox, zira əgər cismimizlə xüdahafizləşməsək təmiz idrak əsla mümkün olmayıb, iki şeydən biri mövcuddur: ya bilik ümumiyyətlə əlçatmazdır, ya da yalnız öldükdən sonra-hə əlbəttə, yalnız bədəndən təcrid olunandan sonra , ruh təklikdə, bədəndən ayrılanda.İndi isə nə qədər ki yaşayırıq , görünür yalnız o cür biliklərə yaxın ola bilərikki cismimizlə əlaqəmiz minimuma enə, onun təbiətinə yoluxaq, özümüzü o vaxtacan biləkki ta Allahın özü bizi azad etsin. Bu minvalla təmizlənib bədənimizin dəli ehtiraslarından can qurtarıb, bizim kimi saf ruhlarla birləşib öz qüvvəmizlə saflığı idrak edə bilərik və həqiqət deyilən şeydə demək olar ki, elə budur-təmiz olmayana isə, saflığa qovuşmağa izn verilmir.Bax Simmiy, mənə elə gəlirki bizim həqiqi biliyə can atanların bir- birinə deməli olduğu şeylərdə bunlardır. Sən mənimlə razısanmı?
-Tamamilə razıyam, Sokrat!
-Əgər bütün bunlar dogrudursa,- Sokrat davam etdi,- qəti ümüd etmə olar ki, orada necə ki, indicə yola düşürəm, başqa heç yerdə deyil. Məhz orda biz tam şəkildə məqsədə çatırıq, o məqsədə kimi bütün həyatımız ondan ötrü nə qədər əlləşmişik, ona görə mən zəkasını təmizləyib, səfərə hazır olan bir adam kimi mənə təyin olunan səyahətə xoş ümidlərlə yola düşürəm.

Baxış sayı: 729