İqtisadiyyat
09.09.2015 / 10:15

Üzüm niyə bahadır? (video)

Üzüm niyə bahadır?
Bu məhsuldan ən çox gəliri satıcılar götürür.

Üzüm mövsümü olduğundan paytaxt bazarlarında bu məhsulun demək olar ki, hər növü satışdadır. Fermerlər deyir ki, məhsul bol olduğundan üzümü aşağı qiymətə alıcılara təklif edirlər. Ancaq paytaxt bazarlarında üzümün qiyməti bahadır. Bəs məhsulun qiymətini kim və necə tənzimlənir? Nəyə görə üzüm yerində ucuz satışda isə bahadır?
İnform.az Xezerxeber-ə istinadən bildirir ki, fermerlər üzümün qiymətinin aşağı olmasından, bazarlarda alıcılar isə qiymətin bahalığından gileylənir. Eyni üzüm növünün bağdakı qiyməti bazar qiymətindən dəfələrlə aşağıdır. Tərtərin İrəvanı kəndinin fermerləri deyir ki, məhsul bol olduğundan üzümü dəyər-dəyməzə satırlar. Bu il məhsul bol olduğundan satıcılar məhsulu aşağı qiymətə satdığını deyrilər. Belə ki, üzümün sortundan asılı olaraq 30 qəpiklə 1 manat arasında alıcılara təklif olunur
Eyni vəziyyət Cəlilabadda da hökm sürür. Fermerlər deyir ki, üzüm bağdan aşağı qiymətə alındığından onların çəkdiyi əziyyəti qarşılamır.
Hazırda üzüm sahələrində ağ şanı, qara şanı, redklab üzüm sortları becərilir. Bu üzüm sortları yerində satış qiyməti 40 qəpiyə alınaraq paytaxt bazarlarına çıxarılır. Üzümü bağdan götürən alıcılar isə deyir ki, məhsulun üstünə 20 qəpik qoyub topdansatışa çıxarırlar.
Paytaxt bazarlarında üzüm qiymətləri isə xeyli bahadır. Məsələn, üzümün ağ şanı sortunun bağ və bazarlardakı qiymətini müqayisə etdikdə, məhsulun üzərinə ən az 90 qəpik əlavə olunduğu məlum olur. Yəni belə məhsullardan ən çox fermerlər yox ,bazardakı satıcılar gəlir götürür.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi xidmətindən isə bildirirlər ki, belə məhsulların qiymətini ancaq bazar özü tənzimləyir.


Baxış sayı: 618