Sosial
08.09.2015 / 15:56

Rəis vəzifəsindən azad edildi

Rəis vəzifəsindən azad edildiDövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova vəzifəsindən azad edilib. "SİA"-nın Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, kənd təsərrüfatı nazirinin müvafiq əmri ilə nazirlik yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova öz ərizəsinə əsasən vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin vəzifəsinin icrası müvəqqəti olaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin müavini Azər İdris oğlu Süleymanova həvalə edilib.

Nazirliyin digər əmri ilə Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi Söhrab Əliyev tutduğu vəzifədən azad edilib.

İnform.az

Baxış sayı: 483