Elm-təhsil
08.09.2015 / 15:37

295 abituriyent qeydiyyatdan keçib

295 abituriyent qeydiyyatdan keçib
Qəbul olan 904 abituriyentdən 295 nəfəri qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçib.
Bu günə kimi tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan 904 abituriyentdən 295 nəfəri qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Xezerxeber.com-a verilən məlumata görə, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı davam edir.
Qeydiyyat sentyabrın 10-dək (saat 9:00-dan 17:00-dək) davam edəcək. Göstərilən vaxtadək abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

İnform.az

Baxış sayı: 360