Elm-təhsil
08.09.2015 / 14:27

Yüksək bal toplayan tələbələrə müjdə

Yüksək bal toplayan tələbələrə müjdə
Bu il də ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcək.
Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, bununla da bu proqram çərçivəsində “Gələcəyin müəllimi” təqaüdü alan tələbələrin sayı 600 nəfərə çatacaq.
Bu layihə Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, peşəkar bilik və kompetensiyalara malik müəllim və təhsil menecerlərinin hazırlanmasına, eləcə də müəllim peşəsinin nüfuzunun artırılmasına xidmət edən islahatyönümlü tədbirlər çərçivəsində həyata keçirilir.

İnform.az

Baxış sayı: 398