Mədəniyyət
08.09.2015 / 13:50

Azərbaycanlı gənc rəssamın Berlində sərgisi açılıb

Azərbaycanlı gənc rəssamın Berlində sərgisi açılıbBerlin şəhərində Berlin-Bakı qalereyasının təşkilatçılığı ilə azərbaycanlı gənc rəssam Kamal Əlizadənin sərgisi açılıb.

K.Əlizadənin rəsm əsərləri alman vətəndaşları tərəfindən yüksək qiymətləndirilib. Bir neçə saat davam edən sərgi ilə 200-dən artıq insan tanış olub. Gənc rəssamın rəsmlərinə öz heyranlıqlarını bildirən sənətsevərlər, bu sərginin davamını görmək istədiklərini söyləyiblər.

Sərgidə K.Əlizadənin 20-dək rəsm əsəri nümayiş olunub.

İnform.az

Baxış sayı: 439