Mədəniyyət
27.06.2015 / 18:46

ƏGƏR YAŞASAYDI

ƏGƏR YAŞASAYDI

Səyavuş Aslan, Azərbaycan incsənətinin bir incisi idi. Sənəti ən çətin iş olan, insanları güldürmək idi. Oynadığı obrazlarla daxildən gələn təbəssüm yaratmağı hər zaman bacarıb. Hamımızın çox sevdiyi, həm tarixi adət-ənənələrimizin yer aldığı, həm də müasirləşməyə doğru addımlayan bir cəmiyyəti təcəssüm etdirən “Bəyin oğurlanması” filmində yaratdığı obrazla sənətin zirvəsində olduğunu və bütün çətinliklərə baxmayaraq səbr etdiyini görə bilirik. Rejissorun təlimətına əsasən, təbii alınsın deyə filmin sonuna yaxın toy səhnəsində, aktyor Muxtar Maniyev, Səyavuş Aslana onun xəbəri olmadan sillə vurur. Əsl peşəkar olan Səyavuş müəllim, bu hərəkətin ssenaridə olmadığını dərhal anlayır, ancaq, buna baxmayaraq film öz təbii axarı ilə davam edir. Səyavuş Aslan, həqiqətən də teatr və kino sənətinin heç vaxt sönməyəcək ulduzudur. Buna görədir ki, biz onun ifa etdiyi obrazları izlədikdə, hər zamanki hissləri heç kohnəlməmiş kimi, sanki ilk dəfə izləyirmişik kimi yaşayırıq. Yaratdığı obrazlarda müxtəlif xarakterləri canlandırsa da, hər bir obrazında Səyavuş Aslan izi qoyub. Məhz buna görədir ki, sevilən əksər Azərbaycan filmlərində onun azacıq da olsa zəhməti var. "Əhməd haradadır?” filmini yəqin ki, çoxlarınız izləmisiniz. Bu aktyor işinin ustasıdır! Cavan yaşlarında dəvət aldığı filmdə də özünü əsl peşəkar kimi göstərə bilib. “Saqqal Ramiz” bizim təxəyyülümüzdə bacarıqlı, iş yolu bilən amma bir azca tənbəl bir obraz kimi qalıb. Qapıdakı komendatı necə aldadıb yoldaşlarına kömək etdiyi isə hamımızın yadındadır. Aktyorun rəqsi isə düşünürəm ki,filmi izləyəndə hər birinizin gülüşünə səbəb olub.
Film o zaman Moskva tərəfindən etirazlara səbəb olsa da onun çəkilişi başa çatdırılır və xalqın rəğbətini qazanır. Illərdən bəri izlənən filmin çətinlikləri isə aktyorları heç də ruhdan salmır. Bu da bir Səyavuş Aslan bacarığıdır.
“Yol əhvalatı” filmi də onun kimi…

ƏGƏR YAŞASAYDI

İşbaz, və alverçi Qurban obrazı kimi üçün mənfi emosiyalara səbəb olmuş, kimini isə sadəcə güldürərək əyləndirmişdir. Qızını Mustafaya vermək istəməyən bir atadanmı danışaq, yoxsa öz işini yoluna qoymaq üçün yazıq oğlanı aldadan bir fırıldaqçıdanmı?
İstər mənfi, istərsə də müsbət rollar Səyavuş Aslan üçün bərabər idi. Oynadığı “Hacı Qara” obrazında pulgir, xəsis var-dövlət düşkünü bir şəxsi canlandırmaq böyük nailliyyətdir.
• Onun vəfatı bizim filmoqrafiyanın böyük itgisi oldu. O da kinomuzun sönməyən ulduzlarından birinə çevrildi. O həmişə orada-filimlərində ruhu ilə birgə yaşayır, yaşayacaq da. Çünki yer aldığı filmlərdə təkcə böyüklərin deyil, həm də uşaqların sevimlisinə çevrilmişdi. “Cin Mikrorayonda”, “Evləri köndələn yar”, “Sehirli çıraq”, “Yuxu” və bir çox filmləri ilə bir Səyavuş irsinin unudulmayacaq tarixini yazdı..
• Əgər yaşasaydı, həsrət dolu baxışlarını uzaqlara dikib deyərdi:
• “ O qədər yaratmaq istədiyim obrazlar, oynamaq istədiyim rollar var ki...”
• Amma, amma yaşaya bilmədi və yaratmaq istədiyi obrazları yarada, oynamaq istədiyi rolları isə oynaya bilmədi...
• 2013-cü ilin bu günü-27 iyunun da Azərbaycan sənətsevərləri ustad aktyorumuzla əbədi vidalaşdılar. Özü cismən bizləri tərk etdi amma, onu unutmağa qoymayan rolları bizlərə yadigar qaldı.
• ALLAH RƏHMƏT ELƏSİN!

Səmra Kərimli / İnform.az

Baxış sayı: 374