Gündəm, Dünya
08.09.2015 / 01:16

Sarkisyan: "Cəbhədə vəziyyət çox gərgindir"

Sarkisyan: "Cəbhədə vəziyyət çox gərgindir" Ermənistan prezidenti Serj Sarkisyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Düşənbədə keçiriləcək sammitində Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi barədə ətraflı danışmaq niyyətindədir.
Bu barədə Sarqsyan Moskvada Rusiya prezidenti Vladimir Putin ilə görüşü zamanı bildirib.

"Rusiyaya, sizə Qarabağ münaqişəsinin həlli yollarının axtarışında göstərdiyiniz səylərə görə minnətdarlığımı bildirmək istərdim. Son iki həftədə "sərhəd"də vəziyyət çox gərgindir. Mən bu barədə KTMT-nin Düşənbədəki sammitində ətraflı danışacağam", — deyə Sarqsyan qeyd edib.
KTMT-nin sammiti sentyabrın 15-də keçiriləcək.

İnform.az

Baxış sayı: 417