Dünya
07.09.2015 / 23:14

Rusiya etiraf edib

Rusiya etiraf edib Rusiya heç vaxt Suriya hökumətinə terrorizmlə mübarizə üçün hərbi texnika verdiyini gizlətməyib. Bunu Rusiya mətbuatına açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib.

Onun sözlərinə görə, Rusiya Xarici İşlər naziri Sergey Lavrov da bunu ABŞ Dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı təsdiqləyib.

Qeyd edək ki, Kerri ilə Lavrov arasında danışıqlar sentyabrın 5-də baş tutub.

Onu da xatırladaq ki, bir müddət öncə İsrail mətbuatı Rusiyanın Suriyaya öz qoşunlarını yeritməsi ilə bağlı məlumat yaymışdı.

İnform.az

Baxış sayı: 567