Dünya
07.09.2015 / 22:33

Kanada suriyalı miqrantları qəbul edəcək

Kanada suriyalı miqrantları qəbul edəcək İnform.az Rusiyanın "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, Kanadanın Kvebek əyaləti 3,6 min suriyalı miqrantı qəbul edəcək.
Məlumata görə, Kanada hökuməti 3 yaşlı Aylan Kürdi, onun qardaşı və anasının suda batmasından sonra sərt tənqidlərə məruz qalmışdı. Belə ki, onlar Kanada hökumətindən sığınacaq istəyibmiş.

Bundan başqa, Kanadanın ən böyük şəhərləri olan Toronto və Monreal da miqrant qəbulu ilə bağlı qanuna dəyişiklik etmək istəyir.

Baxış sayı: 190