Elm-təhsil
07.09.2015 / 21:39

Türk Dünyasının ortaq tarixi nəşr edilir

Türk Dünyasının ortaq tarixi nəşr edilirTürk Dünyasının ortaq tarixi nəşr edilir Azərbaycan və Türkiyə tarixçiləri Gəncə şəhərində ortaq türk tarixinin yazılması vəziyyətini müzakirə ediblər. Bu barədə AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov məlumat verib.

Onun sözlərinə görə, müzakirələrdə yazılacaq ortaq mənbədə real türk tarixinə xüsusi diqqətlə yanaşılacağı vurğulanıb: "Ümumtürk tarixinin inkişafı prosesində Azərbaycan xalqının oynadığı mühüm rol, mədəniyyət, dövlətçilik tarixi, o cümlədən, Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Qacar və Şərq imperatorluqlarının tarixi, tarixi şəxsiyyətlərimizə doğru qiymət verilməsi, xidmətlərinin düzgün qiymətləndirilməsi, türkün dahi şəxsiyyətlərinə Türk dünyasında eyni mövqedən düzgün qiymət verilməsi məsələləri müzakirə olunub.Yazılacaq kitabda Türk dünyasının ilk çağdaş cümhuriyyətinin yaradılması, tarixdəki rolu məsələlərinin qabarıq verilməsi nəzərə alınıb".
Y.Mahmudov bildirib ki, növbəti müzakirələr Ankara şəhərində aparılacaq. Onun sözlərinə görə, Türk dünyasının ortaq tarixini əks etdirəcək kitabın I cilddə olması nəzərdə tutulub.
İnstitutun direktoru əlavə edib ki, yazıldıqdan sonra kitabın təqdimat mərasimi Azərbaycanda ilk Türk Tarix Konqresinin keçirildiyi Şəki şəhərində olacaq. Y.Mahmudov vurğulayıb ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan tarixinin obyektiv şəkildə işıqlandırılmasına xüsusi diqqət yetirilir.

İnform.az

Baxış sayı: 255