İdman
15.06.2015 / 00:00

Azərbaycan medalların sayına görə liderdir

Azərbaycan medalların sayına görə liderdir Azərbaycan Bakıda keçirilən ilk Avropa Oyunlarının üçüncü günündə qazanılan medalların sayına görə liderliyini qoruyub saxlayır.

İnform.az-ın məlumatına görə, Azərbaycan hazırda 6 qızıl, 2 gümüş və 5 bürünc - cəmi 13 medalla siyahıya başçılıq edir.

Rusiya 7 medalla - 5 qızıl, 2 bürünc - ikincidir. Türkiyə isə 4 qızılla (həmçinin 2 gümüş, 6 bürünc) 3-cü sırada qərarlaşıb.

Baxış sayı: 623