Elm-təhsil
07.09.2015 / 16:32

ADU tələbələri Çində təhsil almağa başladılar

ADU tələbələri Çində təhsil almağa başladılarSentyabrın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) Çinin Şenyan Pedaqoji Universitetində təhsil almaq üçün yollanmış Çinşünaslıq ixtisasında təhsil alan tələbələrinə həmin universitetin Beynəlxalq Təhsil Mərkəzində Çin dili və Çin ölkəşünaslıq dərsinin tədris olunması məqsədilə tədris ilinin açılış mərasimi keçirilib. Universitetdən verilən xəbərə görə, Azərbaycanda ilk dəfə olaraq 10 nəfər tələbənin universitet hesabına bir illik Çinə təhsil almağa göndərilməsi ADU və Şenyan Pedaqoji Universiteti arasında imzalanmış müqaviləyə əsasən Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun təşəbbüsü və dəstəyi nəticəsində mümkün olub.

Tədbirdə Şenyan Pedaqoji Universitetinin Beynəlxalq Təhsil Mərkəzinin rektoru, cənab Can, həmin Mərkəzin prorektoru, cənab Pen, həmçinin Universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib. ADU-nun Çin dili və mədəniyyəti Mərkəzinin müdiri, professor Rafiq Abbasovun rəhbərliyi ilə Mərkəz tərəfindən hazırlanmış Azərbaycan tarixində ilk milli “Çin dili” dərsliyin təqdimatı keçirilib. Bu təqdimat iştirakçılar arasında böyük maraqla qarşılanıb.

İnform.az

Baxış sayı: 522