Dünya
27.06.2015 / 17:44

Küveyt polisi 18 nəfəri həbs etdi

Küveyt polisi 18 nəfəri həbs etdi

Küveytdə həyata keçirilən terror aktı ilə əlaqədar olaraq, artıq 18 nəfər polis tərəfindən şübhəli qismində həbs edilib. Inform.az-ın İsveçrənin nzz.ch saytına istinadən verdiyi məlumata görə, bu barədə yerli televiziyalar məlumat yayıb. Küveytin Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, şübhəlilərin dindirilməsi davam edir.
Qeyd edək ki, hadisə, ötən gün İslamçı terror qruplaşmaları tərəfindən, müsəlmanların məsciddə Cümə namazı qıldığı bir vaxt törədilib. Hadisə nəticəsində 27 nəfər həlak olub 227 nəfər isə yaralanıb.

Təbriz İslam / İnform.az

Baxış sayı: 370