İqtisadiyyat
07.09.2015 / 09:27

ABŞ və Avropa fond bazarında yenidən azalma müşahidə olunub

ABŞ və Avropa fond bazarında yenidən azalma müşahidə olunubAmerika fond bazarında Dow Jones indeksi 1,66% - 16 102,38 bəndədək, S&P 500 1,53% - 1 921,22 bəndədək, NASDAQ 1,05% - 4 683,92 bəndədək azalıb.

ABŞ fond bazarında əsas indekslərin ucuzlaşmasına bu ölkənin Əmək Nazirliyinin ölkədə işsizliyin səviyyəsi barədə açıqladığı xəbərlər səbəb olub. Belə ki, ABŞ da işsizliyin səviyyəsi 2008-ci ildəkindən də aşağı səviyyəyə düşüb.

Avropa fond bazarlarında FTSE 100 indeksi 2,44% - 6 042,92 bəndədək, Fransa CAC-40-ı 2,81% - 4 523,08 bəndədək, Almaniya DAX-ı isə 2,71% - 10 038,04 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 1,20 dollar artaraq 1 122,60 dollara, gümüş isə 0,05 dollar bahalaşaraq 14,60 dollara satılıb.

Inform.az

Baxış sayı: 177