İqtisadiyyat
06.09.2015 / 19:49

SOCAR prezidenti Malta baş naziri ilə görüşüb

SOCAR prezidenti Malta baş naziri ilə görüşüb Futbol üzrə Azərbaycan milli yığmasının Malta yığma komandası ilə keçiriləcək oyununu izləmək üçün bu ölkəyə gedən SOCAR prezidenti Rövnəq Abdullayev baş nazir Jozef Muskatla görüşüb.

Görüşdə Maltanın energetika naziri Konrad Mizzi də iştirak edib.

Tərəflər SOCAR-ın Maltadakı layihələri və yeni elektrik stansiyasının tikintisini, digər tərəfdaşlıq məsələlərini müzakirə ediblər.

İnform.az

Baxış sayı: 354