Dünya
06.09.2015 / 02:09

Türkiyədən İŞİD-ə zərbə

Türkiyədən İŞİD-ə zərbə Suriya və İraqda koalisiya qüvvələrinin İŞİD-ə qarşı apardığı əməliyyatlarda Türkiyə təyyarələri də iştirak ediblər.

Türkiyə hərbi təyyarələri İŞİD mövqelərinə 8 hava zərbəsi endirib. Bir neçə İŞİD-ə məxsus hərbi vasitələrin məhv edildiyi bildirilib.

Xatırladaq ki, ötən gün təşkil edilən hücum zamanı 21 hava zərbəsi İŞİD mövqelərinə vurulmuşdu. İŞİD-ə qarşı aparılan əməliyyatda ABŞ, Bəhreyn, Kanada, İordaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərinə məxsus hərbi təyyarələr də iştirak etmişdi.

İnform.az

Baxış sayı: 454