Gündəm, Siyasət
05.09.2015 / 15:03

Bakıya giriş yenidən məhdudlaşdırılacaq

Bakıya giriş yenidən məhdudlaşdırılacaq
Yeni dərs ilin başlanması ilə ilə əlaqədar Bakıda yaranacaq nəqliyyat sıxlığının aradan qaldırılması üçün bəzi nəqliyyat vasitələrinin şəhərə girişinə məhdudiyyət qoyulacaq .
Bu barədə ATV.az-a məlumat verən Dövlət Yol Polisi İdarəsinin Mətbuat xidmətindən bildirilib ki, maksimum kütləsi 5 tondan yuxarı olan yük avtomobillərinin, eləcə də, Respublikanın digər rayonlarında qeydiyyatda olan fərdi minik avtomobillərinin səhər saat 7-dən, axşam 10-a kimi şəhərə daxil olmasında məhdudiyyətlər tətbiq olunacaq. Həmin müddət ərzində avtomobillərin şəhər girişində saxlanılması üçün artıq burada duracaqlar inşa edilib. Duracaqlardakı sürücü və sərnişinlərin şəhərin mərkəzinə gətirilməsi üçün isə xüsusi marşurt avtobusları təşkil edilib”.
Qeyd edək ki, bu gündən etibarən, qeyd olunan nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri yaradılan imkanlardan istifadə edə biləcəklər”.

İnform.az

Baxış sayı: 507