Şərhlər
05.09.2015 / 12:35

"Xoşbəxtliyi axtaranlar kitabımdan" 1 səhifə

"Xoşbəxtliyi axtaranlar kitabımdan" 1 səhifə Həyat yaxşı oyunçularına “Xoşbəxtlik prizi” verir


Tahirə QAFARLI / İnform.az


... Xoşbəxtlikdən danışmaq istəyirəm. O xoşbəxtlik ki, hamı axtarışına çıxıb. O xoşbəxtlik ki, əks üzü bədbəxtlikdir... O xoşbəxtlik ki, yerinə və məkanına görə dəyişir, buqələmun kimi rəngdən rəngə düşür...
Onu, elə yaranışı ilə məqsədi xoşbəxtlik olan dünyanın özü də axtrır. Əsrlərdir, kainatın var olduğunu dərk etməyə başlayan bəşər, axtardığı bu “xəzinəni” yalnız hissə-hissə əldə edə bilib. Təbii ki, onu özünə "tac" bilən və "seçdiklərini" arxasınca göndərən HƏYAT "Xoşbəxtliyin" sirrlərini heç kimə bütöv, tam şəkildə vermir. Yəqin ki, belə də davam edəcək, ta ki onu axtarıb tapmaq tələbatı yaranmayana qədər. Bəlkə həyatı maraqlı edənlər də elə bu olacaq. Bəs həmin zaman nə vaxt gələcək?..
Bəlkə deyildiyi kimi, həyat səhnə kimi qurulub və o, yaxşı “oyunçularına” vəd etdiyi “xoşbəxtlik prizini” verir. Bəlkə doğrudan da bunun üçün hərəyə bir obraz verilib, oynamalıdırlar. Bəlkə,“xoşbəxtlik axtarışı" bir şoudur, axtarırsan, axtarırsan... sonda baxırsan ki, axtardığın, əslində sənin portretin, sənin öz kölgən imiş və sənin öz içindəymiş... ola bilər ki, xoşbxtliklə "alışan illüziyaların" səni darıxdırsın və çaşdırsın. Ola bilər... Bəlkə doğulmağın, danışmağın, yeriməyin, böyüməyin, ailə qurmağın, uşaq dünyaya gətrməyin, ata-ana, nənə-baba olmağın, qoclmağın, hətta cismani dünyanı tərk etməyin-ölməyin belə sənin xoşbəxtliyin imiş?.. Bütün bunları özüm üçün deyə biləcəyəmmi? Bəlkə də yox...
Xoşbəxtlik, tamamilə fərqli və daha ali hissdir! Çoxlu sualları, bir-birini təkzib edən cavabları ilə ortaya çıxdıqca, xoşbəxt olmağın “tərifini” tapmaq da çətinləşir. Amma baxın insanlar bu amala - "xoşbəxtlik zirvəsi"nə çatmaq üçün qarşısında "illuziyalaşdırdığı" o arzusu, xəyalı hesab etdiyi "xoşbəxtlik pillələrinə" necə də adi, bəsit və səbrli yanaşır... Əslində, onun içərisində sanki bir vulkan burulğanı qaynayır, coşur və nə qədər yandırıcı olsa da püskürmək, öz cığırını açmaq ehtirası ilə yaşayır…
Xoşbəxtlik sanki bir arzu, bir istəkmiş. O bunlardan başqa bir şey deyilmiş...
Doğulandan başlayırıq qarşımıza qoyduğumuz, gündəlik yaşamın məqsədinə şevrilmiş bu "xəzinəni" axtarmağa, ona çatmağa çalışırıq. Fərqinə varmadan "mən xoşbəxt olmaq istəyirəm" iddiası ilə çıxış etmək üşün... Bu elə bir iddiadır ki, ona qarşı heç kəs bir söz söyləyə bilmir... Çünki Hakimin Həyat olduğun bilir...
Ən adi, sadə yanlışlıqlardan özümüzü bədbəxt və uğursuz sayırıq. Amma demə bunlar da yanlış imiş... Bəlkə biz özümüzü bədbəxt sandığımız zamanlar dünyanın ən xoşbəxt bəndələri imişik. Demək xoşbəxlik anlayışı arzuların yaranması, onun həyata keçməsi ilə də doğur.
Əgər eqo hissimizin tələbləri gerçəklşirsə özümüzdən razı qalır, özümüzü uğurlu sayır və düşünürük ki, xoşbəxtik. Bəlkə də bu an düşünmürük, sadəcə hiss edirik... Demək, xoşbəxtlik həm də “eqolarımızın” müəyyən məqamlarda təmin edilməsidir...
Davamı olacaq… və biləcəksiniz ki, əslində xoşbəxtlik nədir?..

Baxış sayı: 583