Hadisə
05.09.2015 / 12:09

Qəzada 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Qəzada 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb Hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun rayonunun Paşaoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mitsubishi Pajero” markalı maşının yoldan çıxaraq ağaca çırpılması nəticəsində 2 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alan şəxs Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ölən və xəsarət alan şəxslərin adları dəqiqləşdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

İnform.az

Baxış sayı: 389