Mədəniyyət
05.09.2015 / 11:11

"Ölümə qənşər" sənədli-bədii filminin təqdimatı olub

"Ölümə qənşər" sənədli-bədii filminin təqdimatı olubLənkəranda Milli Qəhrəmanlarımız -Mərifət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edən "Ölümə qənşər" sənədli-bədii filminin təqdimatı olub.

İnform.az xəbər veri ki, film Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ərsəyə gəlib.
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram teatrında baş tutan tədbirdə “N” saylı hərbi hissənin əsgər və zabitləri, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Layihənin rəhbəri Venera Əsgərova çıxış edərək bildirib ki, şəhidlərimiz unudulmur, onların həyatı, keçdiyi döyüş yolu haqqında sənədli, bədii filmlər çəkilir, kitablar yazılır, ədəbi-bədii tamaşalar hazırlanır. Şəhid adları əbədiləşdirilir. Daha sonra filmin nümayişi olub.

Film qəhrəmanların ailə üzvlərinin və döyüş yoldaşlarının xatirələri, təəssüratları əsasında Qazax, Ağstafa və Quba rayonlarında lentə alınıb.
Aysel Talıbqızı / İnform.az

Baxış sayı: 347